Tez-tez verilən suallar
Tez-tez verilən suallar
Tez-tez verilən suallar (FAQ) bölməsində Desbas mağazamız haqqında müştərilər tərəfindən ən çox sual edilən məqamları topladıq. Məhsullarımızın hazırlanma prosesi, sifariş qaydaları, ödəniş üsulları və digər detallarla bağlı cavabları burada rahatlıqla tapa bilərsiniz. Əgər axtardığınız sual cavabsız qaldısa, bizimlə əlaqə saxlayaraq kömək ala bilərsiniz: Əlaqə
Məhsullar və sifariş prosesi
Biz həm rəqəmsal, həm də fiziki hədiyyələr təqdim edirik. Rəqəmsal məhsullar – posterlər, flipbooklar, animasiyalı kartlar, fərdi dizaynlar. Fiziki məhsullar – çərçivəli posterlər, dekorativ əşyalar və xatirə hədiyyələri.
Sifariş sayt daxilində qəbul edilmir. Siz WhatsApp və ya Instagram üzərindən sifariş verirsiniz. Sifariş zamanı özünüzə aid məlumatları, şəkil və video materialları, telefon nömrənizi, sosial media hesablarınızı, ad, soyad və poçt ünvanınızı təqdim edirsiniz.
Rəqəmsal məhsullar: Mail, WhatsApp və ya yüklənilə bilən link vasitəsilə göndərilir.
Fiziki məhsullar: Çap olunmuş Bakıdaxili metrolara, ölkədaxili (rayonlara) isə poçtla çatdırılır.
Ödəniş və təhlükəsizlik
Ödəniş sizə yönləndirilən ödəniş linki və ya kart məlumatları vasitəsilə edilir. Kart məlumatlarınız birbaşa ödəniş xidmətinə daxil olur və Desbas tərəfindən saxlanılmır.
Ödəniş üçün aşağıdakı üsullardan istifadə olunur: Visa, Mastercard və M10
Bəli, ödəniş linki vasitəsilə bütün məlumatlar tam təhlükəsiz və şifrələnmiş şəkildə işlənir.
Geri ödəmə və qaytarma
Təəssüf ki, xeyr. Desbas.az-da təqdim olunan bütün rəqəmsal və fiziki məhsullar sifarişçinin şəxsi istəyinə və zövqünə uyğun hazırlandığı üçün geri qaytarılmır və geri ödəniş edilmir.
Fiziki məhsullarda sınıq, cırıq və ya çatışmazlıq yaranarsa, məhsul dərhal yenilənir və əvəz çatdırılır. Rəqəmsal məhsullarda texniki problem olduqda fayl yenidən təqdim olunur.
Məhsulun fərdiləşdirilməsi
Bəli. Müştəri öz fotosunu, videolarını və ya istədiyi mesajı göndərərək, məhsulun fərdiləşdirilməsini təmin edə bilər.
Bəzi xüsusi dizaynlar üçün əlavə ödəniş ola bilər, bu, sifariş zamanı müştəriyə bildirilir.
Texniki və digər suallar
Yükləmə və ya fayl problemi yaranarsa, WhatsApp və ya e-mail vasitəsilə bizimlə əlaqə saxlayın, fayl dərhal yenidən təqdim olunacaq.
Məhsullar yalnız şəxsi istifadə üçündür, kommersiya məqsədilə paylaşmaq və satmaq qadağandır.
Sifariş zamanı verdiyiniz məlumatlar – ad, soyad, ünvan, telefon və media faylları yalnız sifarişin icrası məqsədilə istifadə olunur və üçüncü tərəflərlə paylaşılmır.